İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Ukraynaya ULTİMATUM: Sülh təklifi qəbul edilməsə, dəstək dayandırılır

Vens Dehlidən Kiyevə mesaj göndərdi

“ABŞ Prezidenti Donald Trampla yanaşı vitse-prezidenti Cey Vens də Ukrayna Prezidenti Volodimir Zelenskinin mövqeyindən məyusdur".

Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edir ki, Vens ABŞ-nın Rusiya və Ukraynaya sülh sazişi ilə bağlı "dəqiq təkliflər" verdiyini bildirsə də, tərəflərdən müsbət cavab almadıqlarını vurğulayıb:

"Vens cavabın gecikəcəyi halda Vaşinqtonun Rusiya ilə Ukrayna arasında vasitəçilikdən imtina edəcəyini xatırladıb.

Donald Tramp və onun administrasiya üzvləri Rusiya ilə Ukrayna arasında vasitəçiliyin onların çox vaxtını aldığını, ABŞ-ın başqa mövzularla maraqlanmaq məcburiyyətində qaldıqlarını xatırladıblar. Elə Cey Vensin özü 4 günlük Hindistan səfərinə çıxıb. Vens Dehlidə Hindistaın baş naziri Narendra Modi ilə görüşüb. Bu Vensin vitse-prezident vəzifəsində Hindistana ilk səfəridir".

İranlı deputat ağalarının fikirlərini səsləndirib" - ELXAN ŞAHİNOĞLU

Elxan Şahinoğlunun fikrincə, Dehli bu səfərə həm də ona görə böyük əhəmiyyət verir ki, ABŞ-ın ikinci adamının həyat yoldaşı hind əsillidir:

"Vensin Dehlidəki görüşlərində hər hansı saziş imzalanmasa da, vitse-prezident iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafına mövzuları ətrafında geniş fikir mübadiləsi aparıb. Hindistan hökuməti Cey Vensin səfəri ərəfəsində ABŞ-ın bir sıra məhusllarına tətbiq etdiyi gömrük tariflərini endirib. Donald Tramp Hindistan məhsullarına tarifləri 26 faiz artırmışdı. Hindistan ABŞ məhsullarına tarifləri endirdikdən sonra Vaşinqtonun da eyni addım atacağı proqnozlaşdırılır. ABŞ Hindistanın əsas ticarət tərəfdaşıdır, 2024-cü ildə iki ölkə arasında ticarət mübadiləsinin həcmi 129 milyard dollar olub. Ticarət profisitinin 46 milyard dolları Hindistanın xeyrinə olub. 2030-cü ilə qədər iki ölkə arasında ticarət mübadiləsinin həcminin 500 milyard dollara çatdırılması hədəflənir. Ancaq bunun üçün hər iki tərəf bir-birinə qarşı tətbiq etdikləri tariflərdən imtina etməlidirlər.

İki ölkə arasında tariflərlə bağlı razılaşma əldə edilərsə, digər sahələrdə əməkdaşlıq sürətlə inkişaf edəcək. ABŞ son illərdə Hindistanla strateji tərəfdaşlığı üst səviyyəyə qaldırıb. Donald Tramp birinci prezidentlik dönəmində Hindistana rəsmi səfərində strateji əlaqələrin təməlini qoymuşdu. Tramp ikinci dəfə prezident seçildikdən sonra Ağ Evdə qəbul etdiyi ilk qonaqlar arasında Hindistanın baş naziri Narendra Modi var idi", deyə politoloq vurğulayıb.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR