İnsanlara hürriyət, millətlərə istiqlal!

Xersonda üç yaşayış məntəqəsi azad edilib- Zelenski

Xerson vilayətində bir gündə üç yaşayış məntəqəsi azad edilib.

Musavat.com xəbər verir ki, bu barədə Ukrauna Prezidenti Volodimir Zelenski müharibənin 224-cü gününün sonundakı videomüraciətində deyib.

Prezident “Oleksandriya” əməliyyat-strateji qrupunun Xerson vilayətində aktiv əməliyyatların planlaşdırılmasına və hazırlanmasına görə xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. 

"Məhz bizim fəaliyyətimiz artıq nəticə verməkdədir, həm də nəzərəçarpacaq nəticələr. Yalnız son 24 saat ərzində Xerson vilayətində Novovoskresenskoye, Novoqriqorivka və Petropavlovka yaşayış məntəqələri azad edilib”, - dövlət başçısı bildirib.

Zelenski bu gün İran istehsalı olan 6 pilotsuz təyyarəni vuran Hərbi Hava Qüvvələrinin əsgərlərinə də təşəkkür edib.

"Üç pilotsuz təyyarə 302-ci Xarkov zenit-raket alayının zenitçiləri tərəfindən, daha üç pilotsuz təyyarə isə 204-cü Sevastopol taktiki aviasiya briqadasının qırıcı pilotları tərəfindən vurulub. Dəqiqliyinizə görə təşəkkür edirəm, uşaqlar!" - prezident vurğulayıb. 

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR