İnsanlara hürriyət, millətlərə istiqlal!

MİT əməliyyat keçirdi - 50-dən çox insanın ölümünə səbəb olan terrorçu öldürüldü

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İraqda terrorçulara qarşı əməliyyat keçirib.

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində PKK terror qruplaşmasının xüsusi təyinatlı birliyinin rəhbərlərindən olan “Baz Zaza” kod adlı Abdurrahman Aksal öldürülüb.

O, Türkiyənin İstanbul, Ankara və Diyarbakır kimi vilayətlərində həyata keçirilən terror aktlarının təşkilatçılarından idi.

Terrorçunun İraq sərhədindən Türkiyəyə keçəcəyi gözlənilirdi. MİT bu barədə məlumat alandan sonra hərəkətə keçib və xüsusi əməliyyat təşkil edib.

Qeyd edək ki, A.Aksalın Türkiyənin müxtəlif şəhərlərində təşkil etdiyi terror aktları nəticəsində ümumilikdə 50-dən çox insan, o cümlədən 10 polis ölüb, 200-ə yaxın insan yaralanıb.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR