İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda ŞOK CİNAYƏT: 71 yaşlı qadının protezini oğurlayıb, ÖLDÜRDÜLƏR

Tovuz rayonunda 71 yaşlı ev sahibi İntizar Bağırovaya qarşı soyğunçuluq edərək qətlə yetirməkdə təqsirləndirilən qeyri-rəsmi ər-arvad münasibətində yaşayan kirayəçilər Aynaz Alıyevaya və Elçin Əliyevə hökm oxunub.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrlik etdiyi prosesdə Aynaz Alıyeva 12 il, Elçin Əliyev isə 2 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin may ayında baş verib.

İttihama görə, Aynaz Alıyeva kirayədə yaşadıqları evdə həmin evin sahibi 71 yaşlı İntizar Bağırovaya zərbə endirərək pilləkəndən yıxıb, daha sonra isə taxta ilə vuraraq qətlə yetirib.

Həmçinin o qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Elçin Əliyev ilə əlbir olaraq ayrı-ayrı vaxtlarda İntizar Bağırovanın diş protezlərini, eləcə də qızıl-zinət əşyalarını oğurlamaqda təqsirli biliniblər.

A.Alıyeva Cinayət Məcəlləsinin 120.1 -ci (qəsdən adam öldürmə) , 177.2.1-ci (Oğurluq) 177.2.2-ci (Təkrar oğurluq), Elçin Əliyev isə, 177.2.1-ci (Oğurluq) 177.2.2-ci (Təkrar oğurluq) maddələri ilə ittiham olunublar.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR