İnsanlara hürriyət, millətlərə istiqlal!

İntoksikasiyanı azaltmaq üçün BU QİDALARI qəbul edin

“İnsan ilboyu sağlam həyat tərzinə əməl etməli və sağlam qidalanmalıdır”.

Musavat.com xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlayıb.

Onun sözlərinə görə, fəsli respirator virus infeksiyaları zamanı orqanizmdə baş verən intoksikasiya vaxtı iştaha azalır:

“Bu səbəbdən də insanın qida qəbulu çətinləşir. Belə olan hallarda intoksikasiyanı azaltmaq üçün bol maye və asan həzm olunan qidalar qəbul etmək lazımdır. Həddən artıq qıcıqlandırıcı, duzlu, istiotlu, ədvalı, yağlı, qızardılmış qidalar və s. tövsiyə olunmur”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR