İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa miqrant qəbul etmək istəmir, Brüssel israr edir

Bu gün Polşa hökuməti miqrasiya siyasəti sahəsində “Nəzarəti bərpa, təhlükəsizliyi təmin etmək” adlı yeni strategiyanı təsdiqləmək niyyətindədir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, baş nazir Donald Tusk bunu hakim “Vətəndaş koalisiyası”nın Varşavada keçirilən qurultayında bildirib və bunun bütün Avropa İttifaqı üçün mühüm təklif olduğunu vurğulayıb. Tusk əmindir ki, qanunsuz miqrasiya dalğası Polşanı əvvəlki hökumətinin siyasəti nəticəsində vurub.

Bir gün əvvəl Praqaya səfəri zamanı Tusk qarşıdan gələn çoxillik miqrasiya strategiyasını açıqlayarkən bunun daxili sərhədlərin yaradılması və qeyri-qanuni miqrantların Avropa daxilində hərəkəti üçün mexanizmlərin tapılması ilə bağlı olmadığını bildirib. O deyib ki, bu, qeyri-qanuni miqrasiyaya qarşı mübarizəni və Avropa İttifaqının xarici sərhədlərinin möhkəmləndirilməsini nəzərdə tutur.

May ayında Aİ Şurası bütün miqrasiya qaydalarının sərtləşdirilməsini özündə ehtiva edən “Miqrasiya və miqrantlar üçün sığınacaq haqqında pakt”ı təsdiqləyib. Varşava icmanın miqrasiya siyasətində islahatları, xüsusən də miqrantların Aİ ölkələri arasında məcburi kvotalar üzrə bölüşdürülməsi prinsiplərini qəbul etməyib. Polşada təkcə ali hakimiyyət orqanları deyil, bir çox yerli hökumətlər də kvota altında heç bir miqrant qəbul etməyəcəklərini açıq şəkildə bəyan ediblər.

Tusk hazır yeni miqrasiya strategiyası haqqında danışmağa başlaması konvensiya iştirakçılarını təəccübləndirib. O, qəti şəkildə bildirib ki, onun kabineti Polşanın təhlükəsizliyinə təsir edə biləcək Avropa ideyalarını həyata keçirməyəcək. O, bu məsələ ilə bağlı Brüsseldən gələn səslərə qulaq asmaq niyyətində olmadığını vurğulayaraq, “sərt və amansız” olacağını bildiri. Eyni zamanda, Tusk qeyd edib ki, “dövlət Polşaya kimin daxil olacağına 100 faiz nəzarəti qaytarmalıdır”.

Tuskun miqrasiya strategiyası proqramında “sığınacaq almaq üçün ərazi hüququnun müvəqqəti dayandırılmasını” ehtiva edən radikal bəyanatı sərt reaksiyaya səbəb olub. Bu, insan hüquqlarına hücum kimi qəbul edilib. Tuska xatırladılıb ki, sığınacaq hüququ bir sıra beynəlxalq sənədlər, o cümlədən 1951-ci il Cenevrə Konvensiyası və Aİ-nin Əsas Hüquqlar Xartiyası ilə təmin olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR