İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın aqrar məhsullar ixracı 17,8 faiz artıb

2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz artaraq 2,5 milyard ABŞ dolları təşkil edib.

Musavat.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”na istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində yeyinti məhsullarının ixracı 13,3 faiz artaraq 698,3 milyon ABŞ dollarına bərabər olub.

Cari ilin ilk 9 ayı ərzində şəkər və şəkərdən hazırlanan qənnadı məhsullarının ixracı 83,3 faiz, pambıq lifi 70,9 faiz, bitki mənşəli yağlar və piylər 31,7 faiz, kimya sənayesi məhsulları 20,9 faiz, spirtli və spirtsiz içkilər 11,6 faiz, emal edilən meyvə-tərəvəz məhsulları 14,6 faiz artıb.

2024-cü ilin yanvar-sentyabr ayları ərzində aqrar-sənaye məhsullarının ixracı 60 faiz artaraq 233,4 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,8 faiz artaraq 755,4 milyon ABŞ dolları təşkil edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR