Aktrisa Sevinc Əliyeva arxiv paylaşımı ilə diqqət çəkib.
Sənətçi kiçik yaşlarında lentə alınan fotosunu instaqram səhifəsində yayımlayıb.
Şəkildə aktrisanın “Doktor Aybolit” kuklası ilə oynadığı əks olunub.
Sevinc izləyicisindən gələn “Nə zaman anladın ki, aktrisa olmaq istəyirsən?” sualına “Uşaqlıqdan...” qısa şərhini yazıb.
Qeyd edək ki, Sevinc Əliyeva illər əvvəl rejissor Fuad Əlişovla ailəli olub, daha sonra cütlük boşanıb. Onların bir qız, iki oğlan övladı var. (olay)
ŞƏRHLƏRŞƏRH YAZ