Onlayn ictimai-siyasi qəzet
31 ildən sonra azad olunan Cəbrayıl rayonunun Mahmudlu kəndindən ilk dəfə əsgərliyə yola salma olub.
Bu barədə Musavat.com-a kənd sakinləri məlumat verib.
Bildirilib ki, Mahmudlu kənd sakini Əlizadə Ayxan Vüqar oğlu ötən gün həqiqi hərbi xidmətə yola salınıb. Bu, işğaldan azad olunan kənddə ilk dəfə yaşanır.
Qeyd edək ki, Mahmudlu kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2020-ci ilin 4 oktyabrında Azərbaycan Silahlı Qüvvələri kəndi azad etdi.
Şahanə Rəhimli
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ