Onlayn ictimai-siyasi qəzet
Moda sənayesinin ən çox gözlənilən hadisələrindən biri olan Paris Moda Həftəsi bu il qalmaqalsız ötüşməyib. Belə ki, məşhur "Balenciaga" brendinin nümayişində Hollivud aktrisaları Nikol Kidman və Salma Hayek arasında xoşagəlməz anlar yaşanıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Daily Mail" nəşri kadrlar yayıb.
Görüntülərdə Nikol Kidmanın Salma Hayek və ifaçı Keti Perrinin yanında dayanması əks olunub. Hayek Kidmanı kameralara tərəf çevirmək istəyəndə, o, həmkarının əlini itələyib. Bundan sonra Nikol Keti Perriyə yaxınlaşıb, onun yanaqlarından öpüb və sağollaşıb.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ