Onlayn ictimai-siyasi qəzet
COP29 kimi mötəbər bir tədbirin başlanmasına qısa müddət qalmış, Azərbaycana qarşı bəzi güc mərkəzləri tərəfindən, Azərbaycan-Ermənistan münasibətləri, insan hüquqları və s kimi böhtan kampaniyaları aparmaq, təzyiq göstərmək cəhdləri siyasi korrupsiyadır.
İndi Azərbaycan Ermənistan münasibətlərinin normallaşması prosesində, sülh müqaviləsinin mətninin razılaşdırılması tamamlanmadan, onun natamam imzalanmasının regionumuz üçün hansı əhəmiyyəti ola bilər? Və sülh sazişinin imzalanmasının hər hansı bir tədbirlə əlaqələndirilməsinin məntiqi nədir?
Ermənistanın hərbiləşdirilməsinə çalışmaq regionumuzda sadəcə gələcəyə hesablanmış yeni müharibə ocaqları yaratmaq cəhdləridir. Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qəti və dönməz şəkildə tanımadığı müddətcə, öz qanunvericiliyində Azərbaycanın suverenliyini sual altında saxlayan müddəaları dəyişdirmədikcə, eyni zamanda müxtəlif beynəlxalq təşkilatlarda, məhkəmələrdə Azərbaycana qarşı eyni məntiqlə irəli sürdüyü iddiaları geri götürmədikcə sülh müqaviləsinin imzalanması mümkün olmayacaq. Natamam sülh müqaviləsi regionumuzda davamlı sülh üçün ən böyük təhlükə mənbəyidir və gələcəkdə yeni münaqişənin alovlanması ilə nəticələnə bilər.
Odur ki, sülh müqaviləsinin imzalanmasının başlıca şərti, qəti və dönməz şəkildə ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması, gələcəkdə heç bir ərazi iddiasının səsləndirilməməsidir.
Bugün ölkəmizin nüfuzunun artmasını böyük qısqanclıqla qarşılayan, torpaqlarımızın işğaldan azad edilməsi kimi böyük bir uğura kölgə salmağa çalışan, bunu həzm edə bilməyənlər məhz Əli Kərimli kimilərdir. Onlar regionumuzda münaqişə ocaqları yaratmağa çalışan güc mərkəzlərinin əlində maşa kimi istifadə olunmağa davam edirlər. Onların hədəfi və ən böyük arzusu, zəif, düşmən qarşısında aciz, parçalanmış Azərbaycan görməkdir. Onlar Ali Baş Komandan İlham Əliyev tərəfindən milyonlarla qaçqın və məcbur köçkünümüzün əsas insan və vətəndaş hüquqları və azadlıqlarının bərpa edilməsindən yox, maşa kimi istifadə olunan 3-5 qara güruhçunun “hüquq”larından danışırlar.
Lakin, istər siyasi korrupsiya ilə məşğul olan güclər, istərsədə qaragüruhçular unudurlar ki, Tarixi qaliblər yazır, Qalib isə Azərbaycandır, İlham Əliyevdir.
Nurlan Həsənov, millət vəkili
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ