İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəhərlənməzdən öncə Skripal özünü təhlükəsizlikdə hiss edirmiş

Rusiyada İngiltərənin xeyrinə casusluqda təqsirli bilinən keçmiş BKİ (Baş Kəşfiyyat İdarəsi – rusca QRU) polkovniki Sergey Skripalın Böyük Britaniyada təhlükəsizlikdə olduğuna inandığı və kimliyini gizlətməyə ehtiyacı olmadığı barədə ifadəsi üzə çıxıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, onun ifadəsi Solsberidə keçirilən ictimai dinləmədə oxunub.

Onun sözlərinə görə, 2018-ci ildə baş verən zəhərlənmədən (o, qızı ilə birlikdə zəhərlənmişdi) bir neçə həftə əvvəl mediada açıqlamalarına baxmayaraq, təhlükə barədə kiməsə danışdığını xatırlamır.

Bundan əlavə, Skripal təhlükəsizliyinin təmin edilməsində hansı təşkilatların məsuliyyət daşıdığını bilmədiyini qeyd edib.

2010-cu ildən başlayaraq o, xüsusi mühafizə olunan ərazidə yaşamayıb. Skripalın Solsberidəki evi sakit bir küçədə yerləşirib və qonşularından bəziləri keçmiş polis işçiləri olub.

Ünsiyyət vasitəsi kimi Skripal adi vasitələrdən istifadə edib. Britaniya hökuməti onun zəhərlənməsini Rusiyanın kəşfiyyat orqanlarının işi olduğunu bəyan edib. Zəhərlənmə nəticəsində ölümcül vəziyyətə düşən Skripal həkimlərin səyi nəticəsində həyatda qalıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR