İnsanlara hürriyət, millətlərə istiqlal!

Xanlar Vəliyevlə bağlı ŞOK QƏRAR: dünən vəzifədən çıxardılar, bu gün.. – ÖZÜ DANIŞDI -Nə BAŞ VERİR?

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunacaq.

APA-nın xəbərinə görə, bu barədə təqdimat Milli Məclisə daxil olub.

Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, Xanlar Vəliyevin hərbi prokuror kimi səlahiyyət müddəti başa çatıb.

Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur.

“Ölkənin hərbi prokuroru kimi səlahiyyət müddətim başa çatmışdı. Ona görə də mənim təqaüdə yola salınmağım gözlənilməz olmadı”.

Bunu Gununsesi.info-ya açıqlamasında dünən təqaüdə göndərilən hərbi prokuror Xanlar Vəliyev bildirib.

Konstitusiya Məhkəməsinə hakim göndəriləcəyinə dair yazılanlara gəlincə, Xanlar Vəliyev “Mən əsgərəm. Ölkə başçısı nə məsləhət görəcəksə, hazıram”, - deyib.

Qeyd edək ki, 1955-ci il təvəllüdlü Xanlar Vəliyev 2005-ci ildən Azərbaycanın hərbi prokuroru idi.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız siyasətçi Əli Mustafadır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR