İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə erməni mülklərinin taleyi necə olacaq?

“Bu məsələdə tələsmək olmaz. İlk növbədə Xankəndidə kimin hansı mülkiyyətinin olduğu müəyyən edilməli və inventarizasiya aparılmalıdır. Bundan sonra əvvəl orada yaşamış azərbaycanlıların da mülkiyyət hüququnu təsbit edən sənədlər hazırlanmalıdır. Çünki Xankəndidə elə evlər var ki, azərbaycanlılara məxsus olub və ermənilər tərəfindən zəbt edilib”.

Musavat.com xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Xankəndini tərk edən ermənilərin özəl mükliyyətinin dövlət tərəfindən qorunması və bu halda azərbaycanlıların əraziyə necə köçürüləcəyi haqda danışarkən millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili bildirib ki, bu proseslərdən sonra mülkiyyət məsələlərini ya satınalma, ya da köçüb yaşamaq yolu ilə həll etmək mümkündür:

“Yəni ermənilər köçüb öz mənzillərində yaşaya bilərlər. Amma bunun üçün gərək inventarlaşma aparılsın və öncədən azərbaycanlılara məxsus olan evlərin də inventarizasiyası gerçəkləşsin. Beləliklə aydın olsun ki, ümumilikdə nə qədər ev olub və neçə şəxs buradan köçüb. Hələ ki, ermənilərin tam qayıdışı üçün hansısa əlamətlər yoxdur. Amma qətiyyən mülkiyyətə toxunmaq olmaz. Sonradan qarşımıza hansısa bir problem çıxmasın deyə, məsələ üzərində çox ciddi düşünməli, ehtiyat və təmkinlə qərarlar çıxarmalıyıq”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR