Onlayn ictimai-siyasi qəzet
Paşinyan öz məğlubiyyət məntiqindən çıxış edərək Azərbaycan prezidentinin sözlərinə cavab verməyə çalışıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan özünün Facebook səhifəsində danışıb.
"Azərbaycan 300 min azərbaycanlının geri qayıtmasını istəyir. İkincisi, onlar hesab edir ki, Aİ müşahidəçiləri getməlidir. Üçüncüsü, Azərbaycan Ermənistana başqa ölkələrdən silah almağı qadağan etmək istəyir. Konstitusiyanın dəyişdirilməsindən söhbət gedir. Artıq dəhlizdən danışılmır, amma hesab edirəm ki, dəhlizin bir hissəsi ilə bağlı tələb siyahıda var, rəsmi Bakı sadəcə olaraq bu barədə danışmağa ehtiyac duymur, çünki bu məsələnin həlli onun üçün ən əlçatan olduğunu düşünür. Onlar sadəcə oraya girib onu götürəcəklər”, - deyə, Oskanyan bildirib.
Musavat.com
20 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ