Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Novosibirsk şəhərində gənc valideynlər yenidoğulmuş oğullarına ABŞ prezidenti Donald Trampın adını vermək qərarına gəliblər.
Musavat.com xəbər verir ki, bu barədə “Sib.fm” nəşri məlumat yayıb.
Maraqlısı odur ki, yeni doğulmuş uşağın atasının adı Vladimirdir.
Körpənin atası bildirib ki, oğluna Tramp adını verib. O, bu adın yalnız siyasi mənaya malik olmadığını vurğulayıb.
“Bir neçə ildən sonra bu ad nadir hallarda rast gəlinəcək. İstəyirik ki, övladımızın qeyri-adi adı olsun”, – deyə ata qeyd edib.
Hazırda onun həyat yoldaşı yenidoğulmuş körpə ilə doğum evindədir, buna görə də ailə hələ doğum şəhadətnaməsini almayıb.
Musavat.com
25 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ