Onlayn ictimai-siyasi qəzet
Naxçıvanda fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsi bağlanıb.
Fövqəladə Hallar Nazirliyinin keçirdiyi yoxlama zamanı Naxçıvan şəhəri, Topçubaşov 34 ünvanında fiziki şəxs Hüseynov Fərmail Zeyqəm oğluna məxsus məntəqədə ciddi yanğın təhlükəsizliyi pozuntuları aşkarlanıb.
Nazirliyin açıqlamasına əsasən, obyektin taxta konstruksiyaları odadavamlı məhlulla işlənməyib, elektrik naqilləri yanar səthlər üzərində çəkilib, yanğın su hovuzu standartlara cavab vermir, siqnalizasiya sistemi isə düzgün quraşdırılmayıb.
Mövcud vəziyyətin insan həyatı və əmlaka təhlükə yaratdığı qeyd olunaraq, məntəqənin fəaliyyəti dayandırılıb.





25 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ