İnsanlara hürriyət, millətlərə istiqlal!

Belarusdan uçan “obyektlər” Litvada hava limanlarını bağlatdı

 Vilnüs və Kaunas hava limanlarının fəaliyyəti oktyabrın 24-ü axşam saatlarında müvəqqəti dayandırılıb.
Musavat.com xəbər verir ki, səbəb kimi Belarus ərazisindən uçub gələn meteoroloji zondlar göstərilib.

Litvanın baş naziri İnqa Ruginene hadisədən sonra Belarusla sərhəddə qalan iki keçid məntəqəsinin də oktyabrın 25-i günortaya qədər bağlanacağını açıqlayıb.

Rəsmi məlumata görə, hava limanları səhər saatlarında yenidən açılıb və ilk reyslər həyata keçirilib.

Bu, son bir ayda Litvada baş verən üçüncü oxşar hadisədir – oktyabrın 22-nə keçən gecə Vilnüs hava limanı da eyni səbəbdən fəaliyyətini dayandırmalı olmuşdu.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR