İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstanda 1956-cı il üsyanının ildönümü: Budapeştdə siyasi qarşıdurma yenidən qızışır

Bu gün Macarıstanda 1956-cı il anti-sovet inqilabının ildönümü qeyd olunur.

Musavat.com xəbər verir ki, tarixi olaraq həmin gün – 23 oktyabr 1956-cı ildə SSRİ-yə asılılıqdan və kommunist rejimindən narazı qalan təxminən 200 min vətəndaş parlament binası qarşısında kütləvi etiraz aksiyası keçirmişdi.

Nümayişçilər hökumətin istefasını, sovet təsirinə son qoyulmasını və siyasi azadlıqların bərpasını tələb edirdilər.

Etirazlar qısa müddətdə üsyana çevrilmiş, aksiya iştirakçıları 25 metrlik Stalin abidəsini dağıtmış, bir sıra dövlət binalarını nəzarətə almağa çalışmışdılar. Qarşıdurmalar nəticəsində Macarıstan təhlükəsizlik qüvvələri və SSRİ ordusu ilə genişmiqyaslı toqquşmalar baş vermişdi. Noyabrın ortalarınadək sovet qoşunları üsyanı tam yatırdı.

Rəsmi məlumatlara görə, qarşıdurmalarda 2500-dən çox macar və təxminən 700 sovet hərbçisi həlak oldu. 1956-cı ilin sonu – 1960-cı illərin əvvəlində üsyanda iştirak etdiyi iddia edilən təxminən 300 nəfər edam cəzasına məhkum edildi. Həmin il BMT Baş Assambleyası SSRİ-yə Macarıstanın daxili işlərinə müdaxiləni dayandırmaq çağırışı edən bir neçə qətnamə qəbul etmişdi.

Bu il anım günü parlament seçkilərinə cəmi yarım il qalmış, ölkədə siyasi mübarizənin kəskinləşdiyi məqama təsadüf edir.

Budapeşt küçələrində yenidən böyük nümayişlər keçirilir:

Hökumət tərəfdarları Ukraynadakı müharibəyə Avropa İttifaqının daha fəal qarışmasına qarşı çıxır;

Müxalifət isə Baş nazir Viktor Orbanı ölkəni beynəlxalq arenada təcrid etməkdə və “pro-rusiya siyasəti” aparmaqda ittiham edir.

Beləliklə, 1956-cı il azadlıq hərəkatının ildönümü bu dəfə də Macarıstanda dərin siyasi qarşıdurmanın fonunda qeyd edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR