Onlayn ictimai-siyasi qəzet
Sentyabrın 11-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıçı qəbul edib.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Cənubi Qafqazda davamlı sülh və sabitliyə nail olmaq yolları barədə ətraflı fikir mübadiləsi aparılıb. Hər iki ölkənin yanaşmalarının, o cümlədən “3+3” Məşvərətçi Regional Platforması çərçivəsində sıx əlaqələndirilməsinin davam etdirilməsində qarşılıqlı maraqlar ifadə olunub”, - deyə məlumatda qeyd olunub.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ