İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Meloni ilə görüşdü - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İtaliyanın baş naziri Corcia Meloni arasında görüş başlayıb.

Musavat.com "Haber Global"a istinadla xəbər verir ki, 4-cü Türkiyə–İtaliya Hökumətlərarası Zirvə Toplantısında iştirak etmək üçün Romaya səfər edən Ərdoğan İtaliyanın baş naziri tərəfindən Villa Pamfili İqamətgahında rəsmi mərasimlə qarşılanıb.

Rəsmi qarşılamadan sonra liderlər arasında təkbətək görüş keçirilib.

Zirvə toplantısından sonra Türkiyə və İtaliya hökumətləri arasında bir sıra sazişlərin imzalanacağı, eləcə də prezident Ərdoğan və baş nazir Meloninin birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.

Prezident Ərdoğanın və onu müşayiət edən nümayəndə heyətinin Romadakı görüşlərini başa vurduqdan sonra Vatikana, oradan isə Quirinal Sarayına gedərək İtaliya prezidenti Serco Mattarella ilə görüşməsi nəzərdə tutulur. Daha sonra isə İtaliya–Türkiyə Biznes Forumunun keçiriləcəyi "Parco dei Principi" otelinə yola düşəcəyi planlaşdırılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR