Onlayn ictimai-siyasi qəzet
Bu ilin birinci rübündə Gürcüstanda 6 nəfər Azərbaycan vətəndaşı sürücülük vəsiqəsi alıb.
Musavat.com Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin rüblük hesabatında bildirilib.
Tbilisi və Kvemo Kartlidə qeydiyyatda olan həmin şəxslərin 4-ü kişi, 2-si isə qadındır. Qonşu ölkədə sürücülük vəsiqəsi əldə etmiş Azərbaycan vətəndaşları 17-29 yaş arasında olan gənclərdir.
Yanvar-martda qonşu ölkədə ümumilikdə 6 148 nəfər sürücülük vəsiqəsi alıb ki, onların da 81-i xarici ölkə vətəndaşıdır. Əcnəbilər arasında ən çox sürücülük vəsiqəsi verilənlər arasında ilk üçlükdə Rusiya (34 nəfər), Belarus (13 nəfər) və Hindistan (9 nəfər) vətəndaşları yer alıblar.
29 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ