İnsanlara hürriyət, millətlərə istiqlal!

Donald Tramp yenidən impiçment təhdidi ilə üzləşib

Demokrat konqresmen Şri Tanedar ABŞ prezidenti Donald Trampa qarşı impiçment prosesinin başladığını açıqlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, dövlət başçısının konstitusiyanı pozduğunu bildirib və buna görə də ona qarşı yeddi ittiham irəli sürdüyünü açıqlayıb.

Bunlara ədalətə mane olmaq və səlahiyyətdən sui-istifadə, o cümlədən məhkəmə qərarlarına zidd olaraq miqrantları deportasiya etmək, Konqresin səlahiyyətlərini mənimsəmək, ticarətə müdaxilə etmək və Tanedarın “beynəlxalq təcavüz” adlandırdığı tariflərin tətbiqi daxildir.

Prezident həmçinin konstitusiyaya 1-ci düzəlişi pozmaqda, “qeyri-qanuni” Hökumətin Effektivliyi Departamentini (DOGE) yaratmaqda və “qeyri-konstitusiya səlahiyyətlərini” iş adamı İlon Maska ötürməkdə, korrupsiyada, xarici hökumətlərdən rüşvət almaqda və tiranlıq yaratmaqda ittiham olunur.

“Bu ölkədə padşahlarımız yox, prezidentlərimiz var. Bu, sadəcə olaraq, cinayət deyil, həm də məsuliyyətə cəlb edilə bilməyən bir cinayətdir. Bu liderlik deyil, bu tiranlıqdır. Əgər bunun davam etməsinə icazə versək, prezidentin qanundan üstün olduğunu, ABŞ konstitusiyasının məcburi olmadığını söyləyirik”, - deyə Tanedar X sosial şəbəkəsində videomüraciətində bildirib.

“Axios” portalı qeyd edir ki, Konqresin hər iki palatası respublikaçılar tərəfindən idarə olunduğu üçün təşəbbüsün nəticələrə gətirib çıxaracağı ehtimalı azdır.

Əvvəllər, 2017-2021-ci illər arasında Donald Trampa iki dəfə impiçment elan edilib, lakin heç bir ittiham onun vəzifəsindən kənarlaşdırılması ilə nəticələnməyib. Nümayəndələr Palatası sonuncu dəfə Trampı 2021-ci ilin yanvarında Kapitoliyə hücumdan sonra üsyanı qızışdırmaqda ittiham etmişdi.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR