Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyada Jessica adlı 23 yaşlı qızın başına gələnlər heyrətə gətirib. Belə ki, ötən il qızın dilinin altında yaralar əmələ gəlməyə başlayıb. O, bu yaraları yorğunluq və stresslə əlaqələndirib və həkimə getməyib.
Lakin bir neçə ay ərzində xora böyüyüb, ətrafında ağ və qırmızı ləkələr əmələ gəlib. Daha sonra ağrı şiddətlənib.
Avqust ayında aparılan biopsiya nəticəsində ona skuamöz hüceyrəli karsinoma - ağız xərçəngi diaqnozu qoyulub.
Ağız xərçənginin bu forması Böyük Britaniyada ən geniş yayılmış ikinci dəri xərçəngi növüdür. Erkən diaqnoz qoyulduqda sağ qalma ehtimalı 99 faizdir, lakin gec mərhələdə bu göstərici 50 faizə qədər enə bilər.
Jessicanın müalicəsi dilindəki xərçəngli toxumanın çıxarılması və qolundan götürülən dəri parçasının damar və arteriyalarla birlikdə dilinə köçürülməsini əhatə edib.
Əməliyyatdan sonra danışmaq onun üçün çətin olub. Əməliyyatdan sonra dil əzələlərini yenidən işlətmək üçün uzun müddət terapiya keçib:
"İnsanlar indi əvvəlki kimi danışdığımı deyirlər, amma bəzi günlərdə hələ də çətinlik çəkirəm" - deyə o qeyd edib.**milli.az
29 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ