“Bilirsiniz ki, hazırda “Səs Azərbaycan” yarışmasının münsif üzvlərindən biriyəm. Gözləyirəm ki, oradakı komandama səsi güclü olan ifaçılar toplaşsın və sonra hamısı ilə birgə efirlərə qonaq gedəcəyəm”.
Bu sözləri Xalq artisti Röya Ayxan “Maqazin plyus” verilişinə müsahibəsində deyib.
Bu il sənət və yaradıcılığının 25 illiyini qeyd edən sənətçi bildirib ki, bu münasibətlə yaxın zamanda verəcəyi solo konsert üzərində çalışır:
“Qarşıda çox yaxşı işlər olacaq. Bu il mənim sənət və yaradıcılığımın 25 ili tamam olur. 25 ildir ki, həyatınıza girmişəm. Bu münasibətlə 25 illik solo konsertimə hazırlaşıram. Səhər yuxudan durub efirə getmək məni yorar. Konsertimdə qapalı, uzun libas geyinəcəyəm və səhnəyə çıxıb tamaşaçılar üçün oxuyacağam”. (Olay)
ŞƏRHLƏRŞƏRH YAZ