İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə polisi Ermənistanın yük maşınlarını müşayiət etdi

Türkiyə sərhədindəki Marqara keçid məntəqəsindən Suriyaya humanitar yük daşıyan Ermənistanın yük maşınlarını Türkiyə polisi müşayiət edib.

Musavat.com-un Teleqraf-a istinadla xəbərinə görə, bu barədə Ermənistan-Türkiyə Biznesin İnkişafı Şurasının həmsədri Arsen Qazaryan məlumat verib.

“Türkiyə yolu açıb, sürücülərimizin təhlükəsizliyini təmin edib, humanitar yüklər üçün yol vergisi almayıb”, - qurum rəhbəri bildirib.

Xatırladaq ki, dünən Ermənistan-Türkiyə sərhədi 10 gün müddətinə açılıb. Ermənistan tərəfi sərhədin Suriyaya humanitar yük daşımaq məqsədilə açıldığını bəyan edib. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

19 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR