Onlayn ictimai-siyasi qəzet
Donald Tramp üç həftə əvvəldən Kamala Harrislə debata hazırlaşmağa başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.
Qəzetin məlumatına görə bunun üçün o, keçmiş demokrat konqresmen Tulsi Qabbardı malikanəsinə dəvət edib. Tulsi dörd il əvvəl Demokratlar Partiyasını tərk edərək Trampın tərəfdarı olması ilə yanaşı, həm də 2019-cu ildə keçirilən ilkin seçkilər öncəsi debat zamanı Harrisi “məhv etməsi” ilə məşhurdur. Tramp Qabbardın köməyi ilə Mar-a-Laqo iqamətgahında məşq edərkən rəqibinə qarşı gələcək hücumlarını dəqiqləşdirir.
Qəzetin yazdığına görə, ABŞ-ın keçmiş prezidenti artıq 2016 və 2020-ci illərlə müqayisədə 2024-cü ildə keçiriləcək debatlara daha çox vaxt ayırıb.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ