İnsanlara hürriyət, millətlərə istiqlal!

Əməkdar artistdən həyat yoldaşına: “Kinomuzun mauqlisidir”

"Burada iki ürək var. Amma bir ritmlə döyünür. Baxmayaraq, biz fərqli ünsürlərik: o torpaq (buğa), mən od (şir). Məhz bu ziddiyyət bizi bütöv edir”.

Musavat.com xəbər verir ki, bu sözləri Əməkdar artist Gülzar Qurbanova sosial media hesabında yazıb.

Aktrisa rejissor həyat yoldaşı Elxan Cəfərovla bağlı düşüncələrini bölüşüb:

"Həyat da bu cürdür - ziddiyyətlərin harmoniyasından doğan bir vəhdət. Birimiz torpağın dərinliklərinə, digərimiz səmaların sonsuzluğuna tutan bir bağıq. Və bu görünməz, möhkəm bağ sayəsində yalnız ailə yox, bir mənəvi ocaq qurmuşuq. Bu ocaq həm də sənətə xidmət, ruhani bir amal üzərində yanır. Biz bu dünyanın ritmini torpaqla göyün birliyində, ahəngində yazırıq. Bu yolun, bu birliyin adı bir vəddir - Azərbaycan mədəniyyətinə verdiyimiz sadiq, səssiz vəd!
Elxan gülümsəyib dedi: “Sən də məni təbrik eləsən, bu an tamamlanar”.

Təbrik edirəm, kinomuzun Mauqlisi. Həyatının bu yeni başlanğıcı sənə uğur gətirsin”.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR