İnsanlara hürriyət, millətlərə istiqlal!

TotalEnergies Afrikadan qaçır

Fransanın “TotalEnergies” şirkəti neft ixracında Afrika ölkələri arasında lider olan Nigeriyada iki neft yatağının satıldığını elan edib.

Musavat.com xəbər verir ki, söhbət Nigeriya Milli Neft Şirkəti ilə birgə işlənilən “Olo” və “Olo West” bloklarından gedir.

Məlumata görə, fransız şirkəti öz aktivlərini yerli neft şirkəti Aradel Holdings-ə 19,5 milyon dollara satıb.

Qeyd edək ki. TotalEnergies artıq bir neçə aydır ki, Afrikadan çəkilmə siyasəti aparır: idarəetmə sisteminin azaldılması və neft və qaz aktivləri portfelinin optimallaşdırılması səyləri fonunda şirkət qitədə investisiyaları durmadan azaldır.

2024-cü il iyulun sonunda TotalEnergies artıq Niger Deltasındakı 18 neft və qaz layihəsindən çıxmaqla Shell Petroleum Development Company of Nigeria Limited-dəki 10 faiz səhmini satıb.

Bu proses Nigeriya hakimiyyətinin neft hasilatında milli şirkətlərin rolunu gücləndirmək istəyi ilə izah olunur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR