Onlayn ictimai-siyasi qəzet
Türkiyənin İstanbul şəhərində qanunsuz mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində iş adamı Acun Ilıcalı və bir sıra digər şəxslər haqqında ittiham aktı qəbul edilib.
Bildirilir ki, haqqında 5 il 3 aya qədər həbs istənilən Acun Ilıcalı iyul ayında məhkəməyə çıxacaq.
Qeyd edək ki, ittiham aktında TV 8 və EXXEN platformalarında yayımlanan futbol matçları zamanı qanunsuz mərc saytlarının reklam edildiyi iddia olunur. İşlə əlaqədar ümumilikdə səkkiz nəfər təqsirləndirilir.(oxu.az)
11 Mart 2025
10 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ