İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvaya kütləvi hücum: Onlarla PUA havada, aeroportlar dayandı

Ukrayna hərbi hava qüvvələri Rusiya paytaxtına son aylarda görünməmiş miqyasda dron hücumu təşkil edib.

Musavat.com Rusiya mənbələrinə istinadən xəbər verir ki, gecə saatlarından başlayan hücum hələ də davam edir. Moskva meri Sergey Sobyaninin Telegram kanalında yaydığı məlumata görə, Hava Hücumundan Müdafiə sistemləri Moskvaya doğru uçan 69 pilotsuz təyyarəni vurub. 

PUA-ların hansı obyektlərə hücum etdiyi açıqlanmır, lakin social şəbəkələrdə bir neçə yerdə “vurulan” dronların qalıqlarının dağıntılar törətdiyinə dair məlumat yayılmağa başlayıb. Sobyanin vurğulayıb ki, hadisə yerində təcili xidmətlər işləyir.

Bundan əlavə, Moskvanın Domodedovo və Jukovsk aeroportlarında “Xalça” əməliyyatı elan olunub, uçuşlar dayandırılıb.

Ukraynanın PUA hücumlarına görə həmçinin Yaroslavl, Nijni Novqorod aeroportları da bağlanıb. 

@@TVmusavat/110318@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Mart 2025

BÜTÜN XƏBƏRLƏR