Onlayn ictimai-siyasi qəzet
İstanbul-Moskva reysini həyata keçirən Türkiyə aviaşirkətinə məxsus Airbus A330 təyyarəsi qəza siqnalı verərək, marşrutun dəyişdirilməsini istəyib.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bundan sonra təyyarə Belarus-Litva sərhədinə doğru hərəkət edib.
Bildirilir ki, təyyarə Smolenskə qədər uçduqdan sonra marşrutun dəyişdirilməsini istəyib: “Türkiyə aviaşirkətinin İstanbuldan Moskvaya uçan Airbus A330 təyyarəsinin kapitanı Smolenskə çatdıqdan sonra marşrutun dəyişdirilməsini istəyib və Belarus-Litva sərhədinə doğru hərəkət edib. Bundan sonra təyyarənin yanacağı bitməyə başlayıb və qəza siqnalı verib”.
İnterfaks agentliyinin məlumatına əsasən, təyyarə Litvada məcburi eniş edib.
Qeyd edək ki, ötən gecədən Ukrayna Rusiyaya yüzlərlə PUA ilə hücum təşkil edib. Gecədən indiyədək Rusiya tərəfi 200-dən çox PUA-nın, o cümlədən
Moskvaya hücum edən 70-dək PUA-nın vurulduğuna dair məlumat yayıb.
Musavat.com
11 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ