İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna və Türkiyə əməkdaşlığı gücləndirir: Yol xəritəsi təqdim edildi

Ukrayna və Türkiyə iqtisadiyyat, energetika və infrastruktur sahələrində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər, qarşılıqlı fəaliyyət üçün yol xəritəsi təqdim ediblər.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

Bildirilib ki, martın 10-da Prezident Ofisinin rəhbər müavini Viktor Mıkıta Türkiyənin Ukraynadakı səfiri Mustafa Levent Bilgenlə görüş keçirib, tərəflər əməkdaşlığı genişləndirmək, xüsusilə Türkiyə və Ukrayna şəhərləri və regionları arasında qarşılıqlı əlaqələri artırmaq barədə razılığa gəliblər.

“Müzakirənin əsas mövzuları ikitərəfli əməkdaşlıq məsələləri, iqtisadi inkişaf üzrə birgə layihələr, həmçinin enerji və infrastruktur təşəbbüsləridir”, – prezidentin mətbuat xidməti bazar ertəsi bildirib.

Bundan başqa, görüş zamanı Ukrayna və Türkiyə arasında əməkdaşlıq üzrə yol xəritəsi təqdim edilib.

“Hazırda ölkənin müxtəlif bölgələrində mindən çox Türkiyə şirkəti fəaliyyət göstərir. HVA (hərbi vilayət administrasiyası – red.), icmalar və regionlardakı biznes icması onlarla fəal əməkdaşlıq edir. Türkiyə səfiri qeyd edib ki, Türkiyə tərəfdaşları hər gün bu önəmli dəstəyi duyurlar”, – məlumatda deyilir.

Öz növbəsində, Mıkıta Türkiyəyə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyinə, həmçinin Rusiyanın tammiqyaslı təcavüzü fonunda vasitəçilik səylərinə görə təşəkkür edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Mart 2025

10 Mart 2025

BÜTÜN XƏBƏRLƏR