İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK! İran VURULA BİLƏR: Bakının ön hazırlıqları, qaçqın axını... - DETALLAR

Cənub qonşudan ölkəmizə milyonlarla qaçqının axını ola bilər; mütəxəssislər görüləcək tədbirləri sadaladılar 

“Dünya siyasətində növbəti qaynar məsələ İranın nüvə proqramı ətrafındakı vəziyyətdir. Qarşıda maraqlı günlər olacaq”. Bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib. “Növbəti danışacağınız məsələ İrandır. İrana nə olacaq? Qarşıda maraqlı günlər var, sizə deyə biləcəyim tək şey budur”, - deyə Amerika lideri ötən həftəsonu Ağ Evdə jurnalistlərlə danışarkən bildirib.

“Biz son məqama gəlib çatdıq. Biz onların nüvə silahı əldə etməsinə izn verə bilmərik. Çox yaxında nəsə baş verəcək. Ümid edək ki, sülh razılaşmasına nail ola bilərik. Mən bunu güc və ya zəiflikdən demirəm, sadəcə olaraq, bildirirəm ki, başqa variantdan daha çox sülh sazişinə üstünlük verirəm. Amma başqa variant da ola bilər”, - prezident qeyd edib.

Yada salaq ki, Tramp martın 7-də İranın ali dini lideri ayətullah Əli Xameneiyə Tehranın nüvə proqramı ilə bağlı danışıqların aparılmasını təklif edən məktub-mesaj göndərdiyini söyləyib. İranın ali lideri Əli Xamenei isə ABŞ-ın Tehrana müzakirə təklifi ilə bağlı sərt açıqlama verib. O, Vaşinqtonun İranla dialoq qurmaq niyyətinin yalnız öz şərtlərini qəbul etdirmək və üstünlük qazanmaq məqsədi daşıdığını bildirib. Bəs İran uçun X gününün yaxınlaşdığını söyləmək mümkündürmü? Azərbaycan öz təhlükəsizliyi üçün ən çox nələrə diqqət etməlidir?

Günay Ağamalı yetkinlik yaşına çatmayan uşaqlarla bağlı məsələ qaldırdı

Günay Ağamalı

Deputat Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, tərəflərin qarşılıqlı olaraq kompromisə getməsi və problemləri danışıqlar masasında həll etməsi zəruridir: “İranın Yaxın Şərqdəki vəkalət savaşları, regional nüfuz mübarizəsi və nüvə proqramı Vaşinqton-Tehran gərginliyinin təməlini təşkil edir. Cənub qonşumuz mütəmadi olaraq Amerika və onun müttəfiqi İsrailə qarşı siyasi və hərbi təsir imkanlarını artırmağa çalışır. Lakin son baş verən proseslər, Təl-Əvivin ABŞ-ın dəstəyi fonunda İranın proksi qüvvələrinə ciddi zərbələr endirməsi və Donald Trampın sərt ritorikası Tehran ətrafında halqanın daralmasının göstəricisi idi. Hadisələrin inkişaf tendensiyasına nəzər yetirdikdə İrana qarşı müharibə ssenarisi ən pis variantdır və bizi də ciddi şəkildə narahat edir. Çünki orada 40 milyona yaxın soydaşımız yaşayır və onların təhlükəsizliyi rəsmi Bakı üçün taleyüklü məsələlərdən biridir”.

Oqtay Şirəliyev və Cahangir Əsgərov həbs olunmalıdır" - Rəşad Bayramov »  Vertikal.az

Rəşad Bayramov 

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov ABŞ-ın İranla bağlı siyasəti İsraillə koordinasiyalı şəkildə apardığını bildirdi: “Tramp hələ prezident seçkiləri kampaniyasında öz platformasında İranla bağlı hansı siyasəti həyata keçirəcəyinin anonsunu vermişdi. "Proqram 2025" adlı sənəddə İranla bağlı birinci hakimiyyət dövründə olduğu kimi “maksimum təzyiq” siyasəti həyata keçiriləcyi göstərilmişdi və indi də ABŞ administrasiyasının buna uyğun olaraq müvafiq addımlar atmağa hazırlaşdığını görürük. Tramp açıq şəkildə bəyan edir ki, İranı “bombalamadan” sövdələşmə etmək istərdim. Yəni başqa sözlə desək, əgər müvafiq razılaşma olmayacaqsa və İran nüvə danışıqlarında iştirakdan imtina edəcəksə, hərbi müdaxilə ehtimalı da var. Məlumdur ki, İrana hərbi müdaxilə məcburiyyəti yaranacaqsa, ABŞ bunu məhz İsrail vasitəsilə etməyə çalışacaq. Görünən odur ki, Tramp öz bəyanatları ilə artıq İranın siyasi və dini elitası arasında parçalanmaya nail ola bilib. Pezeşkian hər nə qədər ali dini liderin iradəsinin ziddinə olmayacağını desə də, “lakin biz problemlərin həlli üçün müvafiq yollar tapmalıyıq” deməklə müvafiq ismarış da göndərib. İstənilən halda, Azərbaycan olaraq ən pis ssenariyə hazır olmağımız lazımdır. Çünki İrana hərbi müdaxilə olacaqsa, Azərbaycanın da bundan təsirlənəcəyi şübhəsizdir. Birincisi ona görə ki, İran qonşu ölkədir və orada milyonlarla soydaşımız yaşayır. Yəni İranın Trampın dili ilə desək, bombalanması halında bundan İran əhalisinın az qala yarısını təşkil edən soydaşlarımız da əziyyət çəkəcək. Nəticədə Azərbaycan qaçqın axını ilə üz-üzə qala bilər ki, bu da yaxşı hər hansı bir perspektiv vəd etmir. İkinci bir tərəfdən, rəsmi Tehran dəfələrlə bəyan edib ki, hər hansı hərbi müdaxilə halında İran ilk növbədə İsrailin və ABŞ-ın regiondakı maraqlarına və müttəfiqlərinə zərbə vuracaq. İsraillə Azərbaycan arasında olan münasibətləri nəzərə alsaq, bu istiqamətdə də İrandan gələ biləcək təhlükəni gözardı edə bilmərik. Odur ki, maksimum şəkildə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi lazımdır. Sərhəd istiqamətində təhlükəsizlik tədbirlərinin artırılması, neft-qaz yataqları, enerji kəmərlərinin mühafizəsinin artırılması, daxildə hər hansı təxribatların qarşısını almaq üçün müvafiq tədbirlərin görülməsi və eləcə də ərzaq təhlükəsizliyi ilə bağlı müvafiq işlərin həyata keçirilməsi lazımdır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Mart 2025

BÜTÜN XƏBƏRLƏR