İnsanlara hürriyət, millətlərə istiqlal!

X-ə hücumu bu qrup təşkil edib – Maskın Ukrayna iddiası yalan çıxdı

Fələstin tərəfdarı olan “Dark Storm” haker qrupu X sosial şəbəkəsinə kiberhücumda iştirak etdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, məlumatı “The Jerusalem Post” yayıb.

Qəzetin məlumatına görə, “Dark Storm” dünən X sosial şəbəkəsini sındırdığını elan edib.

Bildirilir ki, X şəbəkəsi bir neçə saat ərzində dünya üzrə 40 000 istifadəçi üçün əlçatan olmayıb.

Bundan əvvəl X-in sahibi İlon Mask bazar ertəsi şəbəkənin çox güclü kiberhücuma məruz qaldığını bildirmişdi: “X şəbəkəsinə qarşı kütləvi kiberhücum olub və bu hələ də davam edir”.

Maskın sözlərinə görə, X “hər gün hakerlərin hücumuna məruz qalır, lakin bu dəfə hücum daha böyük resurslarla həyata keçirilir”: "Bunlar ya haker qruplarının razılaşdırılmış hərəkətləridir, ya da hansısa ölkə iştirak edir. Biz araşdırma aparırıq".

Daha sonra Mask hücumun guya Ukrayna üzərindən həyata keçirildiyini iddia etmişdi. Lakin Fələstintyönümlü qruplaşmanın açıqlaması bu ehtimalı sıfıra endirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Mart 2025

BÜTÜN XƏBƏRLƏR