Onlayn ictimai-siyasi qəzet
Donald Tramp administrasiyası İranın neft ixracına qarşı sanksiyaları maksimum səviyyədə sərtləşdirməyə hazırlaşır. Musavat.com xəbər verir ki, bunu ABŞ-ın energetika naziri Kris Rayt “Bloomberg”ə müsahibəsində bəyan edib.
Nazir Co Bayden hakimiyyətini İrana qarşı sanksiyalara nəzarəti zəiflətməkdə ittiham edib:
“Tramp sonuncu dəfə prezident olanda İran neftinin ixracı dibdə idi. Bayden sanksiyaları ləğv etmədi, amma onların tətbiqini dayandırdı. Nəticədə İran külli miqdarda vəsait qazandı və bu, regionda təhlükəsizliyi təhdid edir.”
Rayt açıq şəkildə bildirib ki, Tramp administrasiyası İran neftinin ixracına qəti şəkildə mane olacaq:
“Biz İranın neft tədarükünün qarşısını ala bilərikmi? Mütləq!”
ABŞ-ın bu sərt mövqeyi Vaşinqtonun İrana qarşı maksimum təzyiq strategiyasına qayıtdığını göstərir. Tramp hakimiyyətə qayıtdıqdan sonra İran neftinin satışının sıfırlanması real görünür.
Musavat.com
11 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ