Onlayn ictimai-siyasi qəzet
Tehran vasitəçilərdən ABŞ-ın İranda rejim dəyişikliyi və ya ali dini lider Əli Xameneiyə qarşı heç bir tədbir planlaşdırmadığı barədə məlumat alıb.
Musavat.com xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Məcidd Təxt-Rəvənçi bildirib.
Onun sözlərinə görə, Vaşinqton rəsmi şəkildə danışıqlar aparmaq istədiyini çatdırıb, lakin hələlik konkret tarixlər və format barədə razılıq əldə olunmayıb.
“Vaşinqton bizə bildirir ki, danışıqlar istəyi var. Ancaq indiyə qədər nə vaxt, nə də hansı şəkildə aparılacağı barədə razılıq yoxdur,” – deyə Təxt-Rəvənçi Böyük Britaniyanın BBC yayım korporasiyasına müsahibəsində söyləyib.
Musavat.com
30 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ