İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan deputatından sərt mesaj: “Sülh hər şeyin əsasını təşkil edir”

Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Xaçatür Sukiasyan parlamentdə çıxışı zamanı müxalifət partiyalarına səslənərək, xalqı onların çağırışlarına uymamağa çağırıb.

Musavat.com xəbər verir ki, deputatın sözlərinə görə, Ermənistanın qarşısında duran əsas vəzifə güclü dövlət qurmaqdır.

Sukiasyanın sözlərinə görə, sülh yalnız qonşularla münasibətlərdə deyil, daxili sabitlikdə də əsas amildir:

“Sülh – hər şeyin təməlidir. Ölkəndə sülh olarsa, rifahı təmin edəcək, cəmiyyətə ləyaqətli həyat şəraiti verə biləcəksən”, – deyə deputat vurğulayıb.

Deputat xatırladıb ki, bu gün özünü önəmli qüvvə kimi qələmə verən partiyalar əslində yalnız böhran dövrlərində meydana çıxıb:

“Bu partiyalar Ermənistanın ən ağır günlərində, hətta yeməyin olmadığı vaxtlarda önə çıxdılar. Daha da önəm qazandıqları vaxt isə müharibə idi. Onlar qanunsuz fəaliyyətlərlə, qeyri-leqal məsələlərin həlli ilə məşğul idilər”, – deyə o qeyd edib.

Sukiasyan çıxışının sonunda ölkənin gələcəyinə dair ümidlərini ifadə edib:

“Ermənistan inkişaf edəcək, yeni institutlar fəaliyyət göstərəcək, hər zaman güclü ordumuz olacaq. Bizim ölkəmiz təhlükəsiz olacaq. Heç bir siyasi avantüraya uymayın, heç kəsi dinləməyin. Biz çox güclü dövlət quracağıq və bu yoldayıq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR