Onlayn ictimai-siyasi qəzet
Ukraynanın şimalında yerləşən Slavutıç şəhərinə və enerji infrastrukturlarına endirilən Rusiya raket zərbələri nəticəsində Çernobıl Atom Elektrik Stansiyasının (AES) bəzi obyektləri, o cümlədən dağıdılmış dördüncü enerji blokunun üzərindəki “sarkofaq” bir müddət işıqsız qalıb. Ukrayna Energetika Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, elektrik enerjisinin kəsilməsi nəticəsində “Yeni təhlükəsiz konfaynment” – dağıdılmış reaktorun radioaktiv maddələrini mühitə buraxmasının qarşısını alan əsas konstruksiya enerji təminatından məhrum olub.
Daha sonra Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) bəyan edib ki, Çernobıl AES-in əksər obyektlərində enerji bərpa olunub, lakin “sarkofaq” hələ də dizel-generatorların hesabına işləyir.
Slavutıç şəhərində və Çerniqov vilayətinin bir hissəsində də genişmiqyaslı işıqsızlıq qeydə alınıb. Yerli mənbələrə görə, Rusiya hücumları nəticəsində elektrik yarımstansiyası dağılıb, 300 mindən çox abunəçi işıqsız qalıb. Çerniqov vilayətində qrafiklə müvəqqəti elektrik kəsintilərinə başlanılıb. İşıqsız qalan bölgələr arasında Dnepr şəhərinin bir sıra rayonları da var.
Ukrayna Prezidenti Volodimir Zelenski hadisəyə sərt reaksiya göstərərək, Rusiyanı enerji infrastrukturuna qarşı qəsdən zərbə endirməkdə günahlandırıb. Onun sözlərinə görə, Slavutıç şəhərinə 20-dən artıq pilotsuz uçuş aparatı ilə hücum edilib:“Ruslar yaxşı bilirdilər ki, bu hücum Çernobıla da təsir edəcək”.
Rusiya Avropa ölkələrinin onun aktivlərini ələ keçirmək cəhdlərini cavabsız qoymayacaq. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, dondurulmuş Rusiya aktivlərinin ələ keçirilməsi ilə bağlı Avropa İttifaqında müzakirələr “banda”nın davranışına bənzəyir.
Kremlin sözçüsü qeyd edib ki, bu cür hərəkətlər cavabsız qalmayacaq və Moskva bu qanunsuz hərəkətlərdə əli olanların qanuni və başqa cür məsuliyyətə cəlb olunması üçün əlindən gələni edəcək: "Hər kəs başa düşməlidir ki, bu cavabsız qalmayacaq”.
“Amerikanın “Tomahawk” qanadlı raketləri Kiyevə ötürülərsə, Moskva buna lazımi şəkildə cavab verəcək”. Bunu da Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin sözçüsü ABŞ-ın Rusiya ərazisinə zərbələr endirmək üçün Kiyevlə kəşfiyyat məlumatı paylaşacağı ilə bağlı xəbərlərə də münasibət bildirib. Onun sözlərinə görə, Vaşinqton onlayn rejimdə Ukrayna ilə məlumatları paylaşır: "Amerika Birləşmiş Ştatları onlayn rejimdə Ukrayna ilə davamlı olaraq kəşfiyyat məlumatlarını bölüşür. Bu, yeni məlumat deyil".
Peskov bunun KİV xəbəri olmasına da diqqət çəkib: "Baxmayaraq ki, təcrübə göstərir ki, belə xəbərlər təsadüfən yayılmır".
O qeyd edib ki, paylaşılan xüsusi kəşfiyyat məlumatları haqqında yalnız fərziyyələr söyləmək olar. “Ancaq aşkardır ki, kəşfiyyat məlumatları paylaşılır, daha doğrusu, mübadilə edilmir, tədarük edilir və bütün NATO və ABŞ infrastrukturlarından kəşfiyyat məlumatlarının toplanması və Ukrayna ilə bölüşdürülməsi üçün istifadə olunur”, - deyə Kremlin sözçüsü yekunlaşdırıb.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu politoloq Qədir Aslanla müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv
02 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ