Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Ermənistan parlamentində 2 oktyabr tarixində keçirilən növbədənkənar iclasda hakim “Vətəndaş Müqaviləsi” partiyasının fraksiyası Azərbaycanla sülhün dəstəklənməsi barədə bəyanat layihəsini irəli sürülüb.
Musavat.com xəbər verir ki, fraksiya rəhbəri Ayк Koncoryan çıxışında bunları deyib: “Mövcud sülhün möhkəmləndirilməsi və inkişafı üçün bütün maraqlı tərəfləri dəvət etməliyik”.
Qəbul olunmuş bəyanatda qeyd edilir ki:
· Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyü qorunmaqla, qonşularla sülh şəraitində birgəyaşayışın vacibliyi təsdiqlənir;
· Beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı və qarşılıqlı siyasi müstəqilliyin tanınması regionun iqtisadi inkişafı və rifahı üçün əsas şərt kimi göstərilir;
· Azərbaycan və Ermənistan xalqları arasında qonşuluq münasibətlərinin qurulması zərurəti qəbul edilir;
· ABŞ prezidenti Donald Tramp, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycanın prezidenti İlham Əliyevin 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilmiş üçtərəfli görüşü nəticəsində imzalanmış birgə bəyanata dəstək ifadə olunur;
· Ermənistan parlamenti Vaşinqtonda paraflanmış və imzalanması gözlənilən “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş”i alqışlayır;
· Kommunikasiyaların açılmasının yalnız dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında həyata keçiriləcəyi vurğulanır.
Qeyd edək ki, parlamentin müxalif fraksiyaları iclası boykot ediblər. Bəyanat layihəsi 64 səs lehinə, 2 nəfər bitərəf qalmaqla qəbul edilib.
Musavat.com
02 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ