İnsanlara hürriyət, millətlərə istiqlal!

"Formula-1" ona 50 milyon dollar qazandırdı

"McLaren Racing Limited"in baş icraçı direktoru Zek Braun "Formula-1" üzrə dünya çempionatında komandasının Mühəndislər Kubokunu qazanması nəticəsində 2024-cü ildə 37,3 milyon funt sterlinq (təxminən 50 milyon dollar) gəlir əldə edib.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, ötən il bu göstərici 26,4 milyon funt sterlinq olub.

Qeyd edək ki, "McLaren F1 Team" 1998-ci ildən sonra ilk dəfə ötən mövsümdə Mühəndislər Kubokunun qalibi olub. Komanda hazırda da çempionata liderlik edir və vaxtından əvvəl qələbəni təmin etmək imkanına sahibdir. Pilotlar arasında şəxsi mübarizədə isə "McLaren"in sürücüləri Oskar Piastri və Lando Norris ilk iki yeri bölüşürlər.

Şirkətin maliyyə hesabatına əsasən, "McLaren Group"un 2024-cü ildə ümumi gəliri 23 faiz artaraq 530,3 milyon funt sterlinqə çatıb. Vergidən əvvəlki mənfəət isə üç dəfə artaraq 37,5 milyon funt sterlinq təşkil edib.

Bundan başqa, avqust ayında Bəhreynin "Mumtalakat" suveren fondu və BƏƏ-nin "CYVN Holdings" investisiya fondu "McLaren Racing"in minoritar səhmdarlarına məxsus 30 faiz payı əldə etməklə komanda üzərində tam nəzarət qazanıblar. Sövdələşmə zamanı komandanın ümumi dəyəri 3 milyard funt sterlinqdən yüksək qiymətləndirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR