Onlayn ictimai-siyasi qəzet
Tehran üzərində MiQ-29 tipli qırıcı təyyarə müşahidə olunub.
Musavat.com xəbər verir ki, hadisə sosial mediada və yerli mənbələrdə geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın İrana MiQ-29 qırıcılarının partiyasını verdiyi barədə məlumatlar yayılmışdı. Rəsmi təsdiq olmasa da, hazırda müşahidə edilən uçuş bu iddiaları daha da gücləndirib.
Mövzu ilə bağlı İran və Rusiya tərəfi hələlik hər hansı açıqlama verməyib.
Musavat.com
02 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ