İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Vardanyanın yerinə GÖRÜN kim gətirildi, separatçı keşiş də qaçdı - CANLI

Sentyabrın 18-də separatçıların yeni başçısı Samvel Şahramanyan Artur Arutyunyanı “dövlət naziri” təyin edib.

Musavat.com erməni mediasına istinadən bu məlumatı yayıb.

Əvvəl bu postda Nurqen Nersisyan idi. Ondan əvvəl isə dələduz milyarder Ruben Vardanyan bu qondarma vəzifəni daşıyıb.

Sentyabrın 16-da isə “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçməklə Gorus istiqamətində gedənlər arasında Əsgərandakı erməni kilsəsinin keşişi Mesrob Mkrtçyan da olub.

Ailəsi ilə birgə Qarabağı tərk etmək üçün növbəyə dayanan bu keşiş əvvəllər separatçıların liderləri ilə birgə “biz Qarabağı heç vaxt tərk etməyəcəyik” deyib, xoruzlanırdı. İndi bu cür “sözünü yeyənlər” çoxdur və getdikcə də çoxalacaq.

Lakin məsələ ondadır ki, Mkrtçyan kimilər Qarabağda Rusiyanın uzun illər bəslədiyi və Azərbaycanın 44 günlük müharibədə başını birdəflik əzməyə qoymadığı “ilanın” yalnız “quyruğunu” təmsil edirlər. Beləliklə, “quyruq” yavaş-yavaş Azərbaycanı tərk edir, “baş” isə hələlik qalıb.

Hətta bu “başı” yeniləməyə cəhd edilir. Ruben Vardanyanın Qarabağa soxuşdurulması, ardınca, Paşinyan hökuməti ilə daha yaxın əlaqəyə malik Araik Arutunyanı kənarlaşdırıb, yerinə simasız, boz fiqur olan Şahramanyanın gətirilməsi, bununla da Vardanyanın təsir imkanlarının çoxaldılması bunun bariz göstəricisidir.

TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişinin qonağı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevlə regiondakı hadisələri müzakirə edirik.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR