İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Ukrayna yeraltı sərvətlər üzrə tarixi razılaşmaya imza atmağa hazırlaşır

ABŞ və Ukrayna arasında yeraltı sərvətlərin işlənməsi və iqtisadi əməkdaşlıq sahəsində mühüm sənədin imzalanması gündəmdədir.

Musavat.com xəbər verir ki, Ukrayna Nazirlər Kabineti bu gün tərəflər arasında əməkdaşlıq sazişinin mətnini təsdiqləyə bilər.

Mənbələrin verdiyi məlumata görə, sənəd yeraltı təbii ehtiyatların – neft, qaz və digər faydalı qazıntıların kəşfiyyatı və istismarı ilə bağlı birgə layihələri nəzərdə tutur. Bu addım həm Ukraynanın iqtisadi müstəqilliyini möhkəmləndirmək, həm də ABŞ-ın regionda strateji maraqlarını genişləndirmək baxımından böyük əhəmiyyət daşıyır.

Qeyd olunur ki,  Yuliya Sviridenko hazırda Vaşinqtonda səfərdədir. O, sazişin imzalanması ilə bağlı danışıqların son mərhələsində iştirak edir. Sazişin texniki detalları üzərində işlər yekunlaşmaq üzrədir və tərəflər sənədin tam mətninə son düzəlişləri edirlər.

“Biz artıq bu gün imzalamağa hazırıq”, – deyə hökumətə yaxın mənbələrdən biri bildirib.

Ekspertlər hesab edir ki, bu əməkdaşlıq razılaşması ABŞ-Ukrayna münasibətlərində yeni bir mərhələnin başlanğıcı ola bilər. Tərəflər arasında enerji təhlükəsizliyi, texnologiya transferi və investisiyaların təşviqi kimi sahələrdə də perspektivli planlar müzakirə olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR