Onlayn ictimai-siyasi qəzet
Ukraynanın kamikadze pilotsuz uçuş aparatı (PUA) tərəfindən Krımda yerləşən Rusiya S-400 “Triumf” hava hücumundan müdafiə radar sisteminə endirilən zərbə nəticəsində ciddi ziyan dəyib.
Musavat.com xəbər verir ki, Ukrayna ordusunun həyata keçirdiyi zərbə nəticəsində, Rusiya S-400 “Triumf” kompleksinin radar sistemi sıradan çıxıb və sistemin işinə maneələr yaranıb. Bu, Ukraynanın Krım üzərindəki strateji nəzarətini gücləndirməyə yönələn mühüm bir addım kimi qiymətləndirilir.
Ukrayna hərbi qüvvələri zərbə barədə rəsmi açıqlama verməsə də, mütəxəssislər bu növ əməliyyatların Ukraynanın müharibə zamanı hava üstünlüyü əldə etməsinə kömək edəcəyini bildirirlər. Rusiya tərəfi isə hələ ki, bu hücumun nəticələrini rəsmi şəkildə təsdiqləməyib.
Qeyd edək ki, S-400 “Triumf” kompleksləri, yüksək texnologiyalı hava hücumundan müdafiə sistemləri olaraq tanınır və onların sıradan çıxarılması, hərbi münaqişədə hava üstünlüyünün əldə edilməsi üçün mühüm addımdır.
Bu arada Pakistan hərbi gərginliyin artması fonunda Hindistanla həmsərhəd olan Kəşmirdə nəzarət xətti boyunca qoşunlarının döyüş hazırlığını artırıb. “The Economic Times” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Pakistan Sialkot bölgəsində hava hücumundan müdafiə və elektron döyüş vasitələrini, həmçinin tank və piyada diviziyalarını yerləşdirib. Ordu fəal şəkildə hərbi birləşmə manevrləri həyata keçirir.
Ukraynaya qarşı müharibədə Rusiya tərəfində döyüşən 600-ə yaxın Şimali Koreya əsgəri həlak olub, minlərlə əsgər isə yaralanıb. Bu barədə “Reuters” Cənubi Koreya parlamentinin kəşfiyyat komitəsinin üzvünə istinadən məlumat yayıb.
Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinin (NIS) qanunvericilər üçün keçirdiyi brifinqdən sonra deputat Li Son-Kvun jurnalistlərə bildirib ki, "Şimali Koreya əsgərlərinin itkiləri hazırda 4700-ə yaxındır, o cümlədən 600-ə yaxını həlak olub".
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Elçin Xalidbəyli ilə gündəmi müzakirə edir.
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ