Onlayn ictimai-siyasi qəzet
Ukraynanın kamikadze pilotsuz uçuş aparatı (PUA) tərəfindən Krımda yerləşən Rusiya S-400 “Triumf” hava hücumundan müdafiə radar sisteminə endirilən zərbə nəticəsində ciddi ziyan dəyib.
Musaavt.com xəbər verir ki, Ukrayna ordusunun həyata keçirdiyi zərbə nəticəsində, Rusiya S-400 “Triumf” kompleksinin radar sistemi sıradan çıxıb və sistemin işinə maneələr yaranıb. Bu, Ukraynanın Krım üzərindəki strateji nəzarətini gücləndirməyə yönələn mühüm bir addım kimi qiymətləndirilir.
Ukrayna hərbi qüvvələri zərbə barədə rəsmi açıqlama verməsə də, mütəxəssislər bu növ əməliyyatların Ukraynanın müharibə zamanı hava üstünlüyü əldə etməsinə kömək edəcəyini bildirirlər. Rusiya tərəfi isə hələ ki, bu hücumun nəticələrini rəsmi şəkildə təsdiqləməyib.
Qeyd edək ki, S-400 “Triumf” kompleksləri, yüksək texnologiyalı hava hücumundan müdafiə sistemləri olaraq tanınır və onların sıradan çıxarılması, hərbi münaqişədə hava üstünlüyünün əldə edilməsi üçün mühüm addımdır.
Toğrul İSMAYIL,
Musavat.com
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ