Onlayn ictimai-siyasi qəzet
Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən törətdikləri təxribat nəticəsində ölən erməni hərbçilərin sayı artıb.
Musavat.com xəbər verir ki bu barədə Ermənistan parlamentinin deputatı Tiqran Abramyan məlumat verib.
"Son günlər baş verən toqquşmalar zamanı Ermənistan ordusunun 8 hərbçisi ölüb." , - deyə o bildirib.
Qeyd edək ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.
Nəticədə üç hərbi qulluqçumuz yaralanıb.
Bundan əvvəl isə, ermənilər itkilərinin sayının 4 nəfər olduğunu açıqlamışdı.
Musavat.com
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ