İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşadan ən son GÖRÜNTÜLƏR

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Şuşa şəhərinə infotur təşkil edib.

Musavat.com xəbər verir ki, bu barədə dövlət komitəsi məlumat yayıb.

İnfoturda məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri ilə bağlı Dövlət Komitəsinin tərəfdaşı olan şirkətlərin nümayəndələri iştirak ediblər. Onlara Prezident İlham Əliyevin tapşırığı ilə rayonda aparılan bərpa-quruculuq işləri, "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin icrası barədə məlumat verilib. İnfotur iştirakçıları Şuşa şəhərində yeni salınan yaşayış məhəlləsində Böyük Qayıdış prosesi çərçivəsində doğma yurda qayıdan məcburi keçmiş məcburi köçkün ailələri ilə görüşüb, onların fikir və rəylərini öyrəniblər, foto-video çəkilişlər aparıblar.

Bildirilib ki, indiyədək Şuşa şəhərində 204 ailə (763 nəfər) fərdi yaşayış evi ilə təmin edilib.

"Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın Tədbirlər Planı çərçivəsində işğaldan azad edilmiş ərazilərə infoturlar davam etdiriləcəkdir.

Qeyd edək ki, infotur işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması tədbirləri çərçivəsində həyata keçirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR