Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı sülh planı barədə hələ də qeyri-müəyyənlik qalmaqdadır.
Musavat.com xəbər verir ki, "Politico" nəşrinə danışan ukraynalı rəsmi bildirib ki, Vaşinqton Kiyevə təzyiq göstərsə də, nə istədiyini tam açıq şəkildə bildirmir. “Amerikalılar nəsə deyirlər, amma dəqiq nə istədiklərini demirlər. Hər halda, bu yanaşma Putini razı salmır”, – deyə o qeyd edib.
Mənbə əlavə edib ki, Tramp razılaşmanı vəzifəyə başladığı ilk 100 gün ərzində imzalamağa çalışır. Həmin tarix 29-30 aprelə təsadüf edir.
Ukraynalı rəsmi eyni zamanda etiraf edib ki, bu mərhələdə Ukraynanın ABŞ-a ehtiyacı var və bu dəstəyi başqa mənbələrlə əvəzləmək hazırda çətindir.
Musavat.com
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ