İnsanlara hürriyət, millətlərə istiqlal!

“48 il ürəyimdə dəliklə yaşamışam“ - Məşhur aparıcı

Məşhur televiziya aparıcısı Emma Uillis qapalı ürək əməliyyatı keçirdiyini açıqlayıb.

49 yaşlı aparıcı sosial şəbəkə hesabında etdiyi emosional paylaşımda bir neçə həftə əvvəl Londondakı Royal Brompton Xəstəxanasında əməliyyat olunduğunu bildirib.

O, tibbi heyətə və həyat yoldaşı, Busted qrupunun solisti Mett Uillizə dəstəyə görə təşəkkür edib. Emma əməliyyat zamanı həyat yoldaşının bir an belə yanından ayrılmadığını vurğulayıb və xəstəxana çarpayısında çəkilmiş fotosunu da izləyiciləri ilə bölüşüb:

"Qiymətli dəstəyə görə Royal Brompton Xəstəxanasının bütün komandasına sonsuz təşəkkür edirəm. Bir neçə həftə əvvəl qapalı ürək əməliyyatı keçirdim. Bunu yazmaq və yüksək səslə demək belə qəribə hissdir. Keçən ildən bəri davam edən testlər, diaqnoz və əməliyyat prosesi tamamilə inanılmaz idi"

Ürəyindəki dəliyin anadangəlmə olduğunu yeni öyrəndiyini deyən aparıcı bu vəziyyətin onu dərindən düşündürdüyünü bildirib: "48 ildir ki, bədənimdə belə bir problemin olduğunu bilmirdim. Bədənimizdə nələrin baş verdiyini bəzən dərk etmirik. Müasir tibbin imkanları və hər gün həyat qurtaran əllər əsl möcüzədir"./milli.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR